Текст песни:
Dənizdən, səmadan, küləkdən soruşdum Dənizdən, səmadan, küləkdən Gözlərdən, dillərdən, ürəkdən Arzudan, ümiddən, diləkdən Soruşdum, hamıdan, soruşdum: - Kimsən sən? Kimsən sən? Soruşdum: - Kimsən sən? Qayanın quş qonmaz yerindən Sünyanın açılmaz sirindən Küçədən ötənin birindən Soruşdum, bu axşam, soruşdum: - Kimsən sən? Kimsən sən? Soruşdim: - Kimsən sən? Yerini tapmışam izindən, Qəlbini görmüşəm gözündən, Adını öyrəndim özündən, Bəs niyə soruşdum hamıdan?! - Kimsən sən? Kimsən sən? Soruşdum: - Kimsən sən? Dənizdən, səmadan, soruşdum: Kimsən sən?...